...

Ombudsman Aparatının əməkdaşı qadın hüquqlarına dair onlayn tədbirdə iştirak edib

Cəmiyyət Materials 8 Sentyabr 2020 18:50 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşı qadın hüquqlarına dair onlayn tədbirdə iştirak edib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə “BƏƏ-də Gender Bərabərliyi və Qadın Hüquqlarının Genişləndirilməsi”mövzusunda onlayn tədbir təşkil edilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva iştirak edib. Tədbirdə, həmçinin BƏƏ-nin Azərbaycandakı səfirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, Əlil Qadınlar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına Ombudsman Səbinə Əliyevanın salamlarını çatdıran A.Tarverdiyeva Müvəkkilin gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər haqqında geniş məlumat verib. O, qadın hüquqlarının müdafiəsi və təmini, gender bərabərliyinin təbliği, o cümlədən, qadınların pozulmuş hüquqlarının bərpası məsələlərinin daim Müvəkkilin diqqətində olduğunu bildirib.

O, çıxışı zamanı ölkəmizin qadın hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq sazişləri ratifikasiya etdiyini, gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik aktlarının qəbul olunduğunu, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və s. beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edildiyini vurğulayıb. Ombudsmanın qadın hüquqlarının müdafiəsi sahəsində mövcud problemlərin həlli istiqamətində müvafiq qurumlara səmərəli təkliflər ünvanladığı da qeyd edilib.
A.Tarverdiyeva, həmçinin respublikamızda dövlət gender siyasətinin əsaslarının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, milli qadın hərəkatının formalaşmasında, onların hüquqlarının müdafiəsində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb.

Qeyd olunub ki, Ombudsman ona ünvanlanmış qadın hüquqlarının pozulmasına dair müraciətləri gender stereotipləri və ayrı-seçkiliyə məruz qalmama hüququnun pozulması prizmasından həssaslıqla araşdırır və mütəmadi olaraq müvafiq tədbirlər görür.
Ombudsman Aparatının əməkdaşı BMT tərəfindən elan edilmiş “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Müvəkkilin hüquq-mühafizə orqanlarının, səhiyyə və təhsil müəssisələrinin nümayəndələri, geniş ictimaiyyət, o cümlədən qadın və yeniyetmələr üçün bir sıra maarifləndirmə tədbirləri təşkil etdiyini bildirib. O, habelə Ombudsmanın ölkəmizin müxtəlif bölgələrində yaşayan qadınlar üçün gender bərabərliyi, məişət zorakılığı, insan alveri və erkən evlilik mövzularında maarifləndirici seminarlar təşkil etdiyini, nəticə etibarı ilə yüzlərlə qadının öz hüquqları barəsində məlumatlar əldə etdiyini, müraciətləri əsasında onlara pulsuz hüquqi yardım göstərildiyini söyləyib.

Tədbirdə iştirak edən qurumların nümayəndələri mövzu ətrafında çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti