...

Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Cəmiyyət Materials 24 Sentyabr 2020 11:15 (UTC +04:00)
Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr saat 17:00-dək davam edəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti