...

Ermənilər Şuşadakı Yuxarı Gövhər ağa məscidinin interyerini dəyişdirərək tariximizi saxtalaşdırmağa çalışırlar

Cəmiyyət Materials 29 Sentyabr 2020 10:22 (UTC +04:00)
Ermənilər Şuşadakı Yuxarı Gövhər ağa məscidinin interyerini dəyişdirərək tariximizi saxtalaşdırmağa çalışırlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənilər təmir-bərpa işləri adı altında Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidinin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar.

Bunu Trend-ə Mədəniyyət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir.

Ermənistan tərəfindən işğal olunan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilmişdir. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilibmiş. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi.

Daha sonra həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti