Bakı. Trend:
Hər bir azərbaycanlı düşmən üzərində tam qələbənin əldə edilməsi uğrunda başladığımız bu haqq mübarizəsinə öz töhfəsini verməyə çalışır. Xalqın milli birlik və vəhdət nümayiş etdirdiyi bu günlərdə hər bir ölkə vətəndaşı Milli Ordunun yanında olmağı müqəddəs borc bilir.
Qarabağ bölgəsində genişmiqyaslı hərbi əməliyyatların aparıldığı bir zamanda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC-nin əməkdaşları da işğal altında olan torpaqlarımızın azad ounması uğrunda mübarizə aparan müzəffər ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aylıq maaşlarından ianə ediblər.
“Azərpambıq ASK” MMC-nin kollektivi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Şanlı Ordumuzla qürur duyur.