...

Balaca Bəxtiyarın erməni xisləti üzərində təntənəsi (VİDEO)

Cəmiyyət Materials 14 Oktyabr 2020 17:43 (UTC +04:00)
Balaca Bəxtiyarın erməni xisləti üzərində təntənəsi (VİDEO)

Bakı. Trend:

Bəxtiyar qorxunu, həmin gecənin unudulmaz dəhşətini hiss etsə də, hələ ki, qorxu anlayışının nə olduğunu dərk etmir. Ancaq ümumiyyətlə, hər bir azərbaycanlının uşaq yaşlarından qorxusuz şəkildə, cəsarətli, ruh yüksəkliyi ilə böyüməsi kifayət qədər önəmli məsələdir.

Bəxtiyarın üzündəki yüngülvari xəsarət izləri bir neçə günə yoxa çıxacaq. Ancaq onun hadisə günü yaşadıqları, yaxınlarının, əzizlərinin vandalizm aktına məruz qalması yaddaşından heç vaxt silinməyəcək. Erməni faşizminin mülki əhaliyə qarşı münasibəti bu toplumun Azərbaycana qarşı yönələn işğalçılıq siyasəti bir daha sübut etdi.

Qeyd edək ki, Bəxtiyar Heydərli oktyabrən11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsinə atdığı qadağan olunmuş raketin yerlə yeksan etdiyi çoxmənzilli yaşayış binalardan birinin balaca sakinidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti