...

Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur - Bəxtiyar Məmmədov

Cəmiyyət Materials 15 Oktyabr 2020 12:56 (UTC +04:00)
Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur -  Bəxtiyar Məmmədov

Bakı. Samir Əli - Trend:

Metronun şərti adı "B-3" olan stansiyasına şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə çoxsaylı müraciətlər daxil olur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ictimaiyyət tərəfindən edilən müraciətlər həddindən çoxdur:

"Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə “Bakı Metropoliteni” QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bu barədə rəsmi olaraq heç bir məlumat yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti