...

Bütün ziyalılar Azərbaycan reallıqlarını dünyaya çatdırmalıdır - AMEA-nın vitse-prezidenti

Cəmiyyət Materials 19 Oktyabr 2020 13:36 (UTC +04:00)
Bütün ziyalılar Azərbaycan reallıqlarını dünyaya çatdırmalıdır - AMEA-nın vitse-prezidenti

Bakı. İlhamə İsabalayeva - Trend:

Bütün Azərbaycan ziyalıları arxa cəbhənin əsgərləri kimi öz potensialından maksimum şəkildə istifadə etməli, xarici həmkarları ilə əlaqələr qurmalı, kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmalıdır.

Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, İnfromasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.

"Biz məqsədyönlü informasiya siyasətinin tərkib hissəsi kimi bu işə öz töhfələrimizi verməliyik" deyən R.Əliquliyev qeyd edib ki, Prezident İlham Əliyevin uzun illər apardığı məqsədyönlü daxili və xarici siyasət, iqtisadi islahatlar, Azərbaycanın hərbi potensialı və müdafiə qüdrətinin gücləndirilməsi sahəsində əldə olunan nailiyyətlər bu gün işğal altında olan torpaqlarımızın addım-addım azad olunmasına gətirib çıxarır.

Akademik hazırda Qarabağ uğrunda gedən döyüşlərdə rəşadətli ordumuzun ard-ardınca mühüm qələbələr qazandığını, bütövlükdə ölkədə böyük ruh yüksəkliyinin müşahidə olunduğunu qeyd edib.

Alimin sözlərinə görə, ön cəbhədə əsgərlərimizin böyük əzmkarlığı ilə yanaşı, arxa cəbhədə də bütün Azərbaycan xalqı dövlət başçısının ətrafında bir yumruq kimi birləşərək vətən uğrunda əlindən gələni edir, qəhrəman ordumuza tam dəstəyini nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti