...

Məktəbdənkənar təhsil müəssisələri distant təhsilə başlayıb (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2020 16:05 (UTC +04:00)
Məktəbdənkənar təhsil müəssisələri distant təhsilə başlayıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi məktəbdənkənar fəaliyyət çərçivəsində “Virtual məktəb” portalı üzərindən ilkin olaraq şahmat, dama, rəsm, rəqs, bacarıqlı əllər, teatr, intellekt və modelləşdirmə istiqamətləri üzrə tədrisin təşkilinə start verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar TN-nin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin 25 dərnək rəhbəri və 10 məşqçi-müəlliminə müvafiq təlimlər keçirilib, portaldan istifadə üçün imkan yaradılıb.

Qeyd edək ki, yaxın günlərdə uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə sözügedən portalda əlavə olaraq müxtəlif istiqamətlərdə dərnək və qrupların fəaliyyətinin təmin olunması nəzərdə tutulur. Bundan başqa, Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramı çərçivəsində həftədə 2 dəfə məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər yayımlanır. Futbol və futzal idman növləri üzrə çəkilmiş ustad dərslərin isə bu həftədən etibarən həmin kanalda yayımı təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti