...

Qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi olur

Cəmiyyət Materials 19 Noyabr 2020 13:58 (UTC +04:00)
Qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi olur

Bakı. Trend:

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Operativ Qərargahdan bildirilib ki, bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti