Bakı. Samir Əli - Trend:
Dekabrın 11-də ölkə ərazisində yaşayış yerini icazəsiz tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 28 nəfər evə qaytarılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Onlardan 17 nəfərə cinayət işi başlanılıb.