...

Bakı sakinlərinə xəbərdarlıq - Ehtiyac olmadıqda sabah küçəyə çıxmayın

Cəmiyyət Materials 18 Dekabr 2020 09:41 (UTC +04:00)
Bakı sakinlərinə xəbərdarlıq - Ehtiyac olmadıqda sabah küçəyə çıxmayın

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından Trend-ə verilən məlumata görə Covid-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti