...

Siz Yunisə deyin ki, o saat mənim üçün dayansa da, mən çox xoşbəxt həyat yaşadım. Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO/VİDEO)

Cəmiyyət Materials 10 Yanvar 2021 00:32 (UTC +04:00)
Siz Yunisə deyin ki, o saat mənim üçün dayansa da, mən çox xoşbəxt həyat yaşadım. Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material İsayev Rahətə həsr edilib...

Gözəl bir misiqi səslənirdi. Uzağda bir rəqs edən oğlan gördüm, o, sanki öz toyunda rəqs edirdi...

- Salam, Rahət.
- Salam.
- İnstagram səhifənə baxırdım, paylaşdıqlarının yarısı müharibəyə, yarısı da sevgiyə aiddir.
- Bəli, elədir.
- Bilirsən, bu müharibədən sonra mən insanların öz talelərindən xəbərdar olmaqlarına inanıram.
- Ola bilər. Biz yanvarda uşaqlarla bir video çəkmişdik, şəhid ailələrinə söz verdik ki, bizim əsgərlərimizin qanı yerdə galmayacaq.
- Sözünüzün üstündə durdunuz, Rahət.
- Bəli, arzu etdiyimiz şəhidlik zirvəsinə nail olduq.
- Rahət, bir az özündən danış.
- Mənim gözəl ailəm var, anam, atam, bacım və qardaşım. Məktəbi bitirdim, Səbirabad Dövlət kollecinə qəbul olundum, amma mən əslində hərbçi olmaq istəyirdim.
- Rahət deyirlər sən gözəl rəqs edə bilirsən?
- Kim dedi? (Gülümsəyir) Bəli, bir az var, özüm öyrənmişəm, xoşum gəlir. Kəndin demək olar ki, bütün toylarında iştirak etmişəm (gülür).
- Üstəlik sən idmançısan, düzdür?
- Bəli, güləşnən məşğul idim. Oxumaqla o qədər də aram yox idi (gülür).
- Mən səni başa düşürəm, özüm də məktəb zamanı oxumağı sevmirdim.

İkimiz də güldük. Rahətin gözləri harasa uzağa baxırdı, mən isə ona baxırdım. Cavan, yaraşıqlı, tərbiyəli... Onun bu həyatda olmamağına inanmaq istəmirdim...

- Rahət, evə axırıncı dəfə nə vaxt zəng elədin?
- Deyəsən noyabrın biri. Biz Xocəvəndə döyüşə gedirdik, komandir dedi ki, ən azından ailələrimizlə əlaqə saxlayaq döyüşdən gabaq. Biz otuz bir nəfər idik, indi hamımız Xocəvəndli olduq...
- Evə zəng edəndə kiminlə danışdın?
- Sizə deyim kiminlə danışmadım! (gülür). Mən gohumcanlıyam, ailəmə zəng elədim, atama dedim ki, anamdan mügayat olsun, sonra da dostlarıma, gohumlarıma bir-bir zəng etdim.
- Onlar təəcüblənmədilər?
- Bilmirəm, mən heç bir şey demədim ki, gormasınlar, sadəcə danışdım, səslərini eşitdim. Bilirsiniz, müharibənin səsini ancaq sevdiklərinin səsilə susdurmaq olar...
- Təsəvvir edirəm... Rahət, gözümə bir video sataşdı, sən orada bir dostunla məktəbin son zəngində rəqs edirsən.
- Bəli, o Səməddir. Kərimli Səməd, dostumdur.
- Sən onu müharibədə görə bildin?
- Yox, həmin ərəfələrdə o Şuşa döyüşlərində idi. Səmədi mən burda gördüm...
- Rahət, kiməsə sözün qalıb?
- Heç bilmirəm, can sağlığı hamıya. Vətən sağ olsun! Mən həmişə deyirdim ki, biz Qarabağı geri alacağıq. Bir də... Mənə qardaşım Yunis saat hədiyyə etmişdı, indi onu evdə məndən yadıgar saxlayır. Bildiyimə görə, xoşbəxt insanlar saata baxmazlar. Siz Yunisə deyin ki, o saat mənim üçün dayansa da, mən çox xoşbəxt həyat yaşadım.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti