...

Koronavirusun qarşısını yalnız peyvəndlə almaq mümkündür - Deputat

Cəmiyyət Materials 19 Yanvar 2021 10:18 (UTC +04:00)
Koronavirusun qarşısını yalnız peyvəndlə almaq mümkündür - Deputat

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusun qarşısını almağın yeganə yolu peyvənddir.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Azərbaycanın tətbiq etdiyi peyvəndin əks-təsiri minimum səviyyədədir:

"Azərbaycanda vurulan "Sinovac" peyvəndi bildiyimiz kimi Çində istehsal olunur. Sözügedən peyvənd hazıkı dövrümüzün ən effektli və zərərsiz peyvəndidir və əks-təsirləri minimum səviyyədədir".

M.İbrahimqızı qeyd edib ki, "Sinovac" heç bir halda təhlükəli deyil, əksinə insan bədənində immunitet yaradır:

"Bu peyvənddən sonra da ola bilsin ki, müəyyən insanlar xəstəliyi yüngül şəkildə də olsa, keçirsin. Bu qətiyyən qorxulu deyil, əksinə bədəndə immunitet əmələ gəlir. Əlbəttə, insanlar fərqli orqanizmə malikdirlər. Peyvənddən sonra ola bilər kimdəsə çox yüngül narahatlıqlar yaransın, ancaq bu heç də təhlükəli bir şey deyil. Hesab edirəm ki, bu gün ən doğru addım peyvənd olunmaqdır. Mən də öz növbəmdə media vasitəsi ilə əhalini peyvənd olunmağa çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti