...

Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək

Cəmiyyət Materials 20 Yanvar 2021 04:29 (UTC +04:00)
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək

Bakı. Trend:

Fransanın ən nəhəng aviaşirkətlərindən olan "Air France" 1 fevral - 27 mart tarixləri arasında Moskva (Şeremetyevo hava limanı) və Sankt-Peterburqdan (Pulkovo) Parisə (Şarl de Qol) bir sıra uçuşlar həyata keçirməyi planlaşdırır.

Trend TASS-a istinadən xəbər verir ki, uçuşlar çərşənbə axşamı, cümə və bazar günləri Moskvadan, şənbə günləri Sankt-Peterburqdan həyata keçiriləcək.

Sərnişinlərin bilet sifariş etmədən əvvəl Fransaya giriş hüququna sahib olduğundan əmin olmaqlarının zəruriliyi qeyd edilir. 11 yaşdan yuxarı müsafirlərin hamısı yola düşməzdən əvvəl 72 saat ərzində keçdikləri koronavirus testinin mənfi cavabının təsdiqini göstərməlidirlər.

Hazırda Fransa ərazisinə giriş yalnız müəyyən kateqoriyalı sərnişinlərə, məsələn, Fransa vətəndaşlarına və onların ailə üzvlərinə, yaşayış icazəsi sahiblərinə və bəzi digər kateqoriyalara müvafiq sənədlərin təqdim edildiyində icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti