...

Bakı Slavyan Universitetinin əməkdaşı bir sıra xarici universitetlərin beynəlxalq sertifikatlarını qazanıb

Cəmiyyət Materials 18 Mart 2021 11:51 (UTC +04:00)
Bakı Slavyan Universitetinin əməkdaşı bir sıra xarici universitetlərin beynəlxalq sertifikatlarını qazanıb

Bakı. Trend:

Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının müəllimi, Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı Nurlan Məmmədov sentyabr-fevral ayları ərzində dünyanın bir sıra nüfuzlu universitetlərinin ixtisasartırma və təkmilləşdirmə proqramlarında uğurla iştirak edib. Belə ki, dünyanın ən böyük distant təhsil platformalarından biri olan “edX” platforması üzərindən dekabr və fevral ayları ərzində pedaqoji məzmunlu dərslərdə iştirak edən N.Məmmədov tədris proqramını uğurla başa vurararq Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu Harvard Universitetinin müvafiq sertifikatını əldə edib.

Digər distant təhsil platforması olan “Coursera” platformasında xüsusi sillabus və akademik saatlara malik tam tədris proqramlarını sentyabr-dekabr ayları ərzində müvəffəqiyyətlə bitirən N. Məmmədov London Universitetinin (Birləşmiş Krallıq) “İbtidai təhsildə İKT-nin tətbiqi”, İllinoys Universitetinin (ABŞ) “Pedaqogikada yeni prinsiplər və modellər”, Uesleyan Universitetinin (ABŞ) “Sosial psixologiya”, Miçiqan Universitetinin (ABŞ) “Sosial iş praktikası” üzrə kurslarını da tam həcmdə başa vuraraq beynəlxalq sertifikatlar qazanıb. Eyni zamanda BSU-da ali təhsilin doktorantura səviyyəsində təhsil alan N.Məmmədov Rusiya Federasiyasının Tomsk Dövlət Universitetinin və Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin dərslərini yüksək göstəricilərlə başa vuraraq fərqlənmə nişanlı beynəlxalq sertifikatlara layiq görülüb. Bundan əlavə o, kibertəhlükəsizlik, sosial media, marketinq və İKT sahələrində dünyanın aparıcı korporasiyalarından olan “IBM”, “Facebook” və “Google” tərəfindən də müvafiq sertifikatlar əldə edib.

“Elektron Universitet” layihəsi çərçivəsində beynəlxalq təcrübədə və informasiya texnologiyaları sahəsində tətbiqi aktual əhəmiyyət kəsb edən mövzular üzrə təşkil olunan treninqlərə universitetin əməkdaşlarının cəlb ediməsi ilə bağlı BSU-nun rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü ilə xüsusi seminar və treninq proqramları üzərində çalışıdğını bildirən N.Məmmədov daim öz əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırmasını, işgüzar keyfiyyətlərinin yüksəldilməsini diqqətdə saxlayan, bu istiqamətdə daim gənclərə dəstək olan, pandemiya şəraitinə baxmayaraq, bu mövzuda bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən BSU-nun rəhbərliyinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti