...

Bu yay çimərliklərə icazə veriləcək? - AÇIQLAMA

Cəmiyyət Materials 31 Mart 2021 12:17 (UTC +04:00)
Bu yay çimərliklərə icazə veriləcək? - AÇIQLAMA

Bakı. Elçin Mehdiyev - Trend:

Qarşıdan çimərlik mövsümü gəlir və çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi isə cəmiyyəti maraqlandıran məsələlərdən biridir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, çimərliklərin fəaliyyətinə icazə verilməsi hər bir insandan asılıdır:

“Azərbaycanda vaksinləşmənin sürtlə başa çatması üçün əhali həmrəylik göstərməlidir çünki vaksinləşmə kollektiv immunitetin əmələ gəlməsi üçün ən vacib elementlərdən biridir. Təbii ki, əgər biz bu prosesi uğurla başa vurarıqsa çimərlik mövsümündən istifadə edə bilərik. Çimərlik mövsümündən yararlanmaq üçün indidən tədbirli olmalıyıq.

Vaksinləşmə ilə yanaşı qoyulan qaydalara da riayət etməliyik. Təbii ki, çimərliklərə icazə verilməsi barədə qərar epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərərgah tərəfindən veriləcək. Ancaq biz özümüzü dəniz, çimərlik mövsümünə hazırlamaq istəyiriksə, indidən özümüzü qorumalıyıq, vaksinasiya prosesində aktiv iştirak etməliyik. Təbii ki, qaydalara riayət edəriksə, özümüzü qoruyarıqsa yoluxmaların sayı da azalar və epidemioloji vəziyyət yaxşı olar. Belə olan halda isə çimərlik mövsümündən faydalana bilərik.

Çimərliyə getmək istəyənlər indidən qaydalara riayət etməlidir. Təbii ki, əgər yoluxma sayı 4000-5000 olarsa, çimərliklərin fəaliyyətinə necə icazə vermək olar?! Bu, virusun daha çox yayılmasına, daha çox insanların ölümünə səbəb olar.

Ancaq o zamana kimi azalma olarsa, təbii ki, çimərlik məvsümünə də icazə verilər. Yoluxmanın azalması isə bizdən asılıdır. Bunun üçün həm qaydalara riayət etməliyik, həm də vaksinasiya prosesində aktiv iştirak etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti