...

Ötən sutka ölkədə 47 yanğın hadisəsi baş verib - FHN

Cəmiyyət Materials 23 May 2021 11:12 (UTC +04:00)
Ötən sutka ölkədə 47 yanğın hadisəsi baş verib - FHN

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən “Mercedes” markalı minik avtomobilinin İsmayıllı rayonunun Namazgah kəndi ərazisində dərəyə aşması nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas olunub, 3 nəfər yanıq xəsarəti alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti