...

Metroda qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - Bəxtiyar Məmmədov

Cəmiyyət Materials 28 May 2021 14:06 (UTC +04:00)
Metroda qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - Bəxtiyar Məmmədov

Bakı. Samir Əli - Trend:

Bakı metropolitenində qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qiymət artımı ilə bağlı səlahiyyət təmsil etdiyi qurumda deyil: "Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymətlə olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti