...

Niderlandda restoran, muzey və kinoteatrlar bu tarixdə açılacaq

Cəmiyyət Materials 29 May 2021 08:51 (UTC +04:00)
Niderlandda restoran, muzey və kinoteatrlar bu tarixdə açılacaq

Bakı. Trend:

Niderlandda koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan məhdudiyyətlərin qaldırılmasının növbəti mərhələsi çərçivəsində 5 iyun tarixindən etibarən restoran, muzey və kinoteatrlar açılacaq.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə "Dutch News" xəbər verib.

"Üçüncü mərhələ həqiqətən məhdudiyyət rejiminin sonuncusudur. Bunu geridə qoymaq fürsətinin olması çox yaxşıdır", - Baş nazir Mark Rütte mətbuat konfransında deyib.

Məhdudiyyətlərin qaldırma tədbirləri nəzərdə tutulduğundan dörd gün əvvəl qüvvəyə minəcək ki, bu da koronavirusa yoluxma hallarının azalması və ölkədə peyvəndlənmə prosesi ilə əlaqələndirilir.

Niderlandda pandemiyanın başlanmasından 1,6 milyondan çox infeksiyaya yoluxma hadisəsi baş verib. 17,6 mindən çox yoluxan ölüb, 1,5 milyonu müalicə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti