...

Bakıda 46 məntəqədə dördtərəfli piyada keçidləri ilə bağlı işlər yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 31 May 2021 16:40 (UTC +04:00)
Bakıda 46 məntəqədə dördtərəfli piyada keçidləri ilə bağlı işlər yekunlaşıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə bir sıra işıqforlarla nizamlanan yol kəsişmələrində piyada keçidlərinin dördtərəfli formada təşkil edilməsi işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə daha 6 yol kəsişməsində işlər icra edilib və ümumilikdə 46 məntəqədə dördtərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb.

Nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb, müvafiq yol nişanlanma xətləri çəkilib, səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti