...

Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Cəmiyyət Materials 12 İyul 2021 11:20 (UTC +04:00)
Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb. Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.

Akademiyadan Trend-ə verilən məlumata görə, bu il Akademiyada magistratura səviyyəsinə qəbul üçün Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” və Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmaları üzrə qəbul həyata keçirilib.

Qeyd edək ki, builki qəbulda “Gömrük işi” ixtisaslaşması üzrə ən yüksək keçid balı Gömrük Akademiyasına məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti