...

Baş Prokurorluq birinci yarımildə 540 məlumat hazırlayıb

Cəmiyyət Materials 12 İyul 2021 11:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə "#gununreqemi" həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu günün rəqəmi isə 540-dır.
Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən 2021-ci ilin I yarımili ərzində prokurorluğun fəaliyyətindəki yeniliklər, ictimai maraq kəsb edən cinayət hadisələri, habelə Baş Prokurorluğun rəhbərliyinin işgüzar görüşləri və səfərləri barədə 540 məlumat hazırlanaraq Baş Prokurorluğun veb-saytında və sosial media səhifələrinə yerləşdirilmiş, eyni zamanda kütləvi informasiya vasitələrinə yayılması təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti