...

Bu ilin 6 ayında 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb

Cəmiyyət Materials 13 İyul 2021 10:43 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ilin 6 ayı ərzində Agentlik ümumilikdə 21 525 şəxsə əlillik təyin edib. Onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb.

Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, “Əlillik” altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Video: https://www.youtube.com/watch?v=3nteQjf8dw4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti