Bakı. Samir Əli - Trend:
COVİD-19-a qarşı iki doza alan və xəstəliyi yüngül keçirən şəxslərin xəstəxanaya yatırılmasına ehtiyac yoxdur.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, “Delta” ştammının ağır xəstəliklərə səbəb olması ilə bağlı hələ heç bir elmi sübut yoxdur: "Baş verən fəsadlar sadəcə müşahidələrdir. Amma buna baxmayaraq, mümkün qədər arxayınlaşmayaq. Peyvəndin kütləviliyi də artırılmalıdır, çünki bu xəstəlikdən qurtulmağın yeganə yolu vaksinasiyadır”.