...

Azərbaycanda 169 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 16 İyul 2021 16:21 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus infeksiyasına daha 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

Xəbər lenti

Xəbər lenti