...

DİM sədrindən subbakalavrlara ixtisas seçimi ilə bağlı tövsiyə

Cəmiyyət Materials 25 Avqust 2021 15:27 (UTC +04:00)
DİM sədrindən subbakalavrlara ixtisas seçimi ilə bağlı tövsiyə

Bakı. Çingiz Səfərli - Trend:

Subbakalavrlar çox zaman yaşlı insanlar olurlar və getdikləri ali təhsil müəssisələrində həyat və iş şəraitləri ilə əlaqədar olaraq qiyabi formada təhsilə keçirilmələrini istəyirlər.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ixtisas seçimində hansı ixtisaslarda əyani və qiyabi forma olduğu qeyd edilir. Əgər ixtisasın qiyabisi yoxdursa, sonradan dəyişmək mümkün deyil: "III qrup üzrə subbakalavrlara tövsiyə edirəm ki, ixtias seçimi zamanı regional ali məktəblərə diqqət yetirsinlər. Çünki I mərhələdə ola bilsin ki, regional ali məktəblərdə formalaşan keçid balı daha aşağı olacaq və qəbul olmaq şansı daha yüksəkdir.

Digər qruplar üzrə olan subbakalavrların isə həm Bakıdakı, həm də regionlardakı ali məktəblərə qəbul olma şansları yüksəkdir.

IV qrupda olan subbakalavrlar isə əsasən kənd təsərrüfatı profilli ixtisasları seçsələr, qəbul olma şansları yüksək olacaq. Təbii ki, tibb ixtisası üzrə keçid balları yüksəkdir və onlara növbə çatacağını düşünmürəm. Yaxın illərdə də vəziyyətin dəyişəcəyini düşünmürəm".

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti