...

Sabah paytaxtda gücləndirilmiş dezinfeksiya aparılacaq

Cəmiyyət Materials 24 Sentyabr 2021 09:12 (UTC +04:00)
Sabah paytaxtda gücləndirilmiş dezinfeksiya aparılacaq

Bakı. Trend:

Vətəndaşlarımızın koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, sentyabr ayının 25-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti