...

İsraildə 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd olunacaq

Cəmiyyət Materials 15 Noyabr 2021 03:44 (UTC +04:00)
İsraildə 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd olunacaq

Bakı. Trend:

İsrail Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş nazirliyin ekspert şurasının 5-11 yaş arası uşaqlarda koronavirusa qarşı peyvənd etməyə başlamaq tövsiyəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ölkə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Bildirilib ki, bu yaş qrupu üçün vaksinasiyanın başlama tarixi yaxın günlərdə müəyyən ediləcək:

"Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd edilməsi ilə bağlı ekspert şurasının tövsiyəsini qəbul edib. Bu yaş qrupu üçün vaksinasiyanın başlama tarixi yaxın günlərdə müəyyən ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti