...

Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov

Cəmiyyət Materials 8 Dekabr 2021 17:01 (UTC +04:00)
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov

Bakı. Çingiz Səfərli - Trend:

Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Bu rəqəm hər birimizi düşündürməlidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov "Virtual Diabet Məktəbi" layihəsinin təqdimat mərasimində deyib.

O bildirib ki, bu sahədə proqnozlar daha qorxuncdur.

"2040-45-ci illərdə bu rəqəmin 700 milyon nəfərə çatacağı gözlənilir. Bizdə şəkərli diabet xəstələrinə dövlət qayğısı haqqında qanun qəbul edilib və bu, qəbul olunandan sonra MDB parlamentləri arasında model qanun kimi qəbul olunub. Səhiyyə komitəsi olaraq, biz bu qanunun monitorinqini aparırıq. Bu günə qədər qanuna 20-dən çox dəyişiklik edilib", - deyə komitə sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti