...

Bakı funikulyorunun fəaliyyəti bərpa edilib (ÖZƏL)

Cəmiyyət Materials 16 Dekabr 2021 10:20 (UTC +04:00)
Bakı funikulyorunun fəaliyyəti bərpa edilib (ÖZƏL)

Bakı. Çingiz Səfərli - Trend:

Bakı funikulyorunun fəaliyyəti il yarımdan sonra bərpa edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Pandemiyanın ilk günlərindən funikulyor fəaliyyətini dayandırmışdı. Bir müddətdir ki, yenidən fəaliyyətə başlayıb" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakı funikulyoru 2020-ci ilin mart ayından bağlı idi.

Bakı funikulyoru ilk dəfə 1960-cı ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Leninqrad (Sankt Peterburq) şəhərində hazırlanaraq paytaxta gətirilib. İki stansiyası olan funikulyorun stansiyalararası məsafəsi 455 metrdir. Cəmi 2 vaqonu olan funikulyorda vaqonlar bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Qatarlararası interval 10 dəqiqədir.

Funikulyorda gediş haqqı 1 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti