...

Orqanizmdə D vitamini çatışmazlığının əsas əlamətləri açıqlanıb

Cəmiyyət Materials 27 Dekabr 2021 02:54 (UTC +04:00)
Orqanizmdə D vitamini çatışmazlığının əsas əlamətləri açıqlanıb

Bakı. Trend:

Britaniyalı həkimlər orqanizmdə D vitamini çatışmazlığının əsas əlamətlərindən danışıblar.

Trend-in məlumatına görə, bu barədə "Daily Express" qəzeti bildirib.

Mütəxəssislərin fikrincə, bu vitaminin çatışmazlığına sümük ağrısı ilə yanaşı, bədən zəifliyi də işarə edə bilər. Həkimlər D vitamini çatışmazlığının ürək və ya xərçəngdən ölüm riskinin artması ilə əlaqəli olduğunu vurğulayıblar.

Mütəxəssislər bu vitamini qəbul etməzdən əvvəl həkimə müraciət etməyi məsləhət görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti