Bakı. Çingiz Səfərli - Trend:
Hamilə qadınlar az hallarda könüllü olaraq vaksinasiya prosesinə qoşulurlar.
Trend xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, vaksinasiyanın tövsiyə olunduğu ölkələrdə belə hamilələrin yalnız 30 faizi prosesə qoşulurlar.
"Artıq çəkisi, xroniki xəstəliyi olan hamilələrə vaksinasiya tövsiyə edilir. Mən bunu həkim olaraq tövsiyə edirəm. Bu, ümumdünya praktikasıdır. Virusa yoluxmuş hamilələr mərkəzləşmiş qaydada xüsusi şöbədə hospitalizasiya olunaraq müalicə alırlar".