...

Alimlər çay və qəhvənin xərçəngə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir

Cəmiyyət Materials 30 Yanvar 2022 08:41 (UTC +04:00)

Bakı. Trend:

Çin alimlər geniş araşdırma nəticəsində qərara gəliblər ki, qəhvə, çay və mate kimi içkilər içərkən qida borusu xərçənginin inkişaf ehtimalı var.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssislər bunu maye qəbulu zamanı qida borusunun selikli qişasının termik zədələnməsi ilə izah ediblər. Onlar xəbərdarlıq ediblər ki, bu içkilər, tərkibinə daxil olan maddələrdən asılı olaraq, nəinki xərçəngə səbəb olur, əksinə, onun yaranmasının qarşısını alır.

Yüksək temperaturlu içkilər və isti yeməklərlə bağlı əlaqəni oyrənilməsinə yönəlmiş çoxlu araşdırmalar nəzərdən keçirilmişdir. Əksər hallarda temperatur amili sağlamlığa mənfi təsir göstərib, bununla əlaqədar alimlər belə qənaətə gəliblər ki, isti içkilər içmək qida borusu xərçənginin inkişaf riskinin artması ilə əlaqəlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti