...

Təhsil kreditini kimlər ala bilir? - AÇIQLAMA

Cəmiyyət Materials 7 Fevral 2022 11:27 (UTC +04:00)
Təhsil kreditini kimlər ala bilir? - AÇIQLAMA

Bakı. Elçin Mehdiyev – Trend:

Ödənişli və əyani təhsil alan tələbələrin Təhsil Tələbə Krediti Fondundan kredit ala bilər.

Trend-in məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda deyib.

O qeyd edib ki, təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir.

"Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır, 39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir", - deyə o əlavə edib.

Sədr qeyd edib ki, əyani formada ödənişli təhsil alan tələbələrin 13.8 %-nin (20 200) təhsil haqqını dövlət ödəyir və onların kredit almaq üçün müraciət etməyinə ehtiyac yoxdur. Həmin tələbələr həssas qrupa aid olanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti