...

Azərbaycanda tələbə kreditlərinin şərtləri digər ölkələrdən daha sadədir - Fond rəhbəri

Cəmiyyət Materials 7 Fevral 2022 11:45 (UTC +04:00)
Azərbaycanda tələbə kreditlərinin şərtləri digər ölkələrdən daha sadədir - Fond rəhbəri

Bakı. Elçin Mehdiyev - Trend:

Bir sıra dünya ölkələrində tələbə kreditləri var, ancaq Azərbaycanda tələbə kreditlərinin verilmə şərtləri digər ölkələrdən daha sadədir.

Trend-in məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil kreditlərinin verilməsi ilə bağlı təqdimatda deyib.

"Bəzi ölkələrdə tələbə krediti üçün girov, bəzi ölkələrdə zaminlik, digərlərində müştərək borcalan tələb edirlər, ancaq Azərbaycanda bu tələblərin heç biri yoxdur", - A.Paşayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti