...

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yayıb

Cəmiyyət Materials 14 Fevral 2022 17:32 (UTC +04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yayıb

Bakı. Samir Əli - Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi təşkilat barədə yayılan qərəzli məlumata münasibət bildirib.

Qurumun sədri Tural Hüseynov Trend-ə bildirib ki, bir qrup şəxs yeni qurum yaradaraq təşkilatın adından yararlanmağa cəhd edir.

"Bildirmək istyirəm ki, rəhbərlik etdiyim qeyri hökumət tşkilatı 2005-ci ildə yaradılıb və dövlət qeydiyyatına alınıb. Təşkilatın yaradıcısı və ilk sədri mərhum hüquq müdafiəçisi Elçin Behbudov olub və həmin vaxtdan da fəaliyyətini davam etdirib. Elçin Behbudov fəaliyyəti dövründə işgəncələr faktını daim araşdırıb, hesabat hazırlayıb, aidiyyəti qurumlarla yanaşı, ictimaiyyətə də açıqlayıb.

2015 ci ildə Elçin Behbudov qəfildən vəfat edib. E.Behbudovun vəfatından sonra 3 il təşkilatın fəaliyyəti qismən zəiflədi. 2018-ci ildə təşkilat komitəsinin ümumi yığıncağının qərarı ilə Komitəyə yeni idarə heyətinin sədri seçildi və dövlət reyistrindən çıxarış alınıb. Fəaliyyətimiz dövründə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Miqrasiya Xidməti, Müdafiə Nazirliyi və digər qurumlarda qeyri-insani rəftarla bağlı daimi başçəkmələr keçirmiş və nəticə barədə ictimaiyyətə məlumat vermişik. İndi yeni yaranan bir qurum "İşgəncələr Əleyhinə Mərkəz”adı ilə qeydiyyatdan keçərək İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin adından istifadə edib guya həmin qurumun bazasında yarandığını iddia edərək cəmiyyəti çaşdırmağa cəhd edir.

Bildirmək istəyirik ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi fəaliyyətini dayandırmayıb və təşkilat fəaliyyətini 24 saat davam etdirir. Təşkilatımızın "qaynar xətt" xidməti daim ictimaiyyətə açıqdır", - deyə Tural Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti