Bakı. Elçin Mehdiyev - Trend:
Qəbul imtahanlarından əvvəl keçirilən sınaq imtahanlarının qiymətinin aşağı salınması təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
O qeyd edib ki, sınaq imtahanlarının qiyməti hazırda 40 manatdır: “Bu qiymətlər aşağı salınmalıdır ki, abituriyentlər daha çox sınaq imtahanında iştirak edə bilsinlər. Bu məsələnin diqqətdə saxlanılması və həll edilməsini xahiş edirəm”, - deyə deputat əlavə edib.