...

Qaradağlı faciəsinin 30-cu ildönümü qeyd edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 17 Fevral 2022 17:30 (UTC +04:00)
Qaradağlı faciəsinin 30-cu ildönümü qeyd edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 30 il keçir.

Trend-in yerli bürosunun məlumatına görə, Qaradağlı faciəsinin ildönümü münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan Xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Tədbirdə Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlə komitəsinin sədri Rövşən Rzayev, Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, iştirak edib.

Tədbir iştirakçıları abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Qaradağlı soyqırımı şahidləri 30 il əvvəl baş verən qanlı hadisələrdən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti