...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 20 Fevral 2022 12:17 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti