...

Xocalı soyqırımı ilə bağlı İngiltərə və Pakistan mediasında məqalə dərc olunub

Cəmiyyət Materials 28 Fevral 2022 14:56 (UTC +04:00)
Xocalı soyqırımı ilə bağlı İngiltərə və Pakistan mediasında məqalə dərc olunub

Bakı. Trend:

Xocalı soyqırımı ilə bağlı İngiltərə və Pakistan mediasında məqalə dərc olunub.

Trend xəbər verir ki, jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürkün müəllifliyi ilə İngiltərənin t-vine.com və Pakistanın “National Herald Tribune” qəzetində və qəzetin dailynht.com adlı saytında yayımlanan yazıda diqqətə çatdırılır ki, bir daha bu cür dəhşətli hadisələrin təkrarlanmaması üçün bütün dünyanın Xocalıda baş verənlərdən xəbəri olması zəruridir: “Ona görə də Xocalı soyqırımına təkcə ermənilərin azərbaycanlılara qarşı qətliamı kimi yanaşmaq doğru deyil. Xocalı soyqırımı bütün insanlığa qarşı yönələn cinayətdir və bütün dünya buna hüquqi və siyasi qiymətini verməlidir”.

Azərbaycanın İndoneziyadakı səfirliyinin dəstəyi ilə yayımlanan yazıda, həmçinin, 1992-ci ildə Xocalı soyqırımının dünyanın nüfuzlu mediası tərəfindən də işıqlandırıldığı qeyd olunur və “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Röyter”, “Sandey Tayms”, Tayms” kimi nəşrlərdən sitatlar verilir.

Xocalı soyqırımı nəticəsində konkret rəqəmlərlə itkilərdən və dəhşətli nəticələrdən söz açılan yazıda qeyd olunur ki, bütün bu vandallığı həyata keçirən erməni silahlı birləşmələrinə komandanlığı Ermənistanın sabiq prezidentləri Koçaryan və Serj Sərkisyan ediblər, çox təəssüf ki, onlar hələ də cəzasızdırlar.

Daha sonra bir çox ölkələrin Xocalı soyqırımını rəsmən tanıdığı və bu prosesin davam etdiyi önə çəkilir: “Hesab edirik ki, digər ölkələr də ədalətin yanında olmalı və bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı aktına öz hüquqi və siyasi qiymətini verməlidir. Bunun üçün ciddi araşdımaya ehtiyac yoxdur. Bu soyqırımı aktı bütün dünyanın gözü qarşısında baş verib və dünya mətbuatında məsələ ilə bağlı kifayət qədər məlumatlar var”.

Yazılara bu linklərdən daxil olmaq mümkündür:

http://www.t-vine.com/wheres-the-justice-remembering-the-1992-khojaly-genocide-when-613-azerbaijanis-were-murdered/?fbclid=IwAR0qd1La7ZNOYILamEmETduuQOz-fqEi3vA-PsIi-kGJipE0hL13n6v93dY

https://dailynht.com/news/story/81397?fbclid=IwAR2aLeXCv9NkuLvY9s2ed4NAdyiNonk59eBl8f6UR2KhudWrKj0FcUPeOdY

Məqalədə:
Xəbər lenti

Xəbər lenti