...

Zəngilan, Füzuli və Suqovuşanda da yeni məktəb tikilir

Cəmiyyət Materials 30 Mart 2022 11:14 (UTC +04:00)
Zəngilan, Füzuli və Suqovuşanda da yeni məktəb tikilir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil Nazirliyi işğaldan azad olunmuş ərazilərdə məktəb tikintisi ilə bağlı layihələri açıqlayıb.

Trend-in məlumatına görə, Şuşa və Ağdam şəhərlərində 960 şagird yerlik məktəblərin tikintisi davam etdirilir.

Qeyd olunub ki, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağalı kənd” layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunur.

Bundan başqa, Cəbrayıl və Füzulidə 960 yerlik tam orta məktəbin tikintisinin, Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik məktəbin əsaslı təmirinin layihə-smeta sənədləri hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti