...

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq işləri davam edir (VİDEO)

Cəmiyyət Materials 23 Aprel 2022 12:27 (UTC +04:00)
“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq işləri davam edir (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq işləri davam edir.

Görülən işlərlə bağlı məlumat verən “TEKNOFEST Azərbaycan”nın layihə rəhbəri Mübariz Abdullayev qeyd edib ki, qrafik dizaynerlər, layihənin idarə edilməsi üzrə mütəxəsislər və texniki mühəndislərdən , ibarət olan peşəkar heyət ilə 6 aya yaxın bir müddətdir ki, hazırlıq işləri gedir. Hazırlıq çərçivəsində sözügedən heyət tərəfindən festivalın layihələnməsi, əyləncə proqramlarının həyata keçirilməsi, uçuşlarla bağlı Türkiyədən gələn komandalarla görüşlər və digər işlər həyata keçirilir.

Trend "Teknofest"ə hazırlıq işləri ilə bağlı süjeti təqdim edir:

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti