...

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin 30 illiyi ağacəkmə ilə qeyd olunub (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2022 13:15 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması ağacəkmə aksiyası ilə davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iki ölkə arasındakı qarşılıqlı əlaqələrə simvolik töhfə vermək məqsədilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Pakistan səfirliyinin nümayəndələri, hökumət rəsmiləri, ekokönüllülər və Azərbaycanda təhsil alan pakistanlı tələbələrin iştirakı ilə Abşeron yarımadasının iqliminə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

ETSN ətraf mühit naminə görülən tədbirlərdə hər kəsi aktiv iştirak etməyə, ölkəmizdə yaşıllıqların artırılmasına töhfə verməyə çağırır.

Xəbər lenti

Xəbər lenti