...

“Azərsun Holding” Sumqayıtdakı yanğınla bağlı açıqlama verib

Cəmiyyət Materials 28 Aprel 2022 21:47 (UTC +04:00)
“Azərsun Holding” Sumqayıtdakı yanğınla bağlı açıqlama verib

Bakı. Trend:

"Azərsun Holding" Sumqayıtda "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi "Facebook" səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

“Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Ərazidə çalışan əməkdaşların hamısı təxliyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti