...

“Azərbaycan Sənaye Korporasiyası” ASC Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2022 17:24 (UTC +04:00)
“Azərbaycan Sənaye Korporasiyası” ASC Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC müqəddəs Ramazan bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirib.

Aksiya çərçivəsində Cəmiyyətin əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində yaşayan sosial müdafiəyə ehtiyacı olan 100 ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Bayram sovqatları təqdim olunan ailələr müqəddəs Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə, diqqət və qayğıya görə aksiya iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti