...

Bu məhsul qanda şəkərin səviyyəsini aşağı salır

Cəmiyyət Materials 1 May 2022 16:08 (UTC +04:00)
Bu məhsul qanda şəkərin səviyyəsini aşağı salır

Bakı. Trend:

Qoz-fındıq qanda şəkərinin səviyyəsini aşağı salmağa kömək edir.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər qandakı qlükoza səviyyəsinin təkcə karbohidratlardan deyil, həm də qidada olan zülalların, yağların və liflərin miqdarından asılı olduğunu bildirərək, qanda şəkərin səviyyəsini tez bir zamanda yüksəldən, sonra isə aşağı salan qidalarla birlikdə qoz-fındıq istehlak etməyi məsləhət görürlər.

Bununla da, rasiona bir ovuc qoz-fındıq və ya qoz yağı əlavə etmək, yeməkdən sonra qanda şəkərin səviyyəsində sıçrayışları və düşmələri azaltmağa kömək edə bilər.

Bundan əlavə, qoz-fındıq, xüsusilə badam, E vitamini ilə zəngindir və iltihabı azaltmağa kömək edir. Onlar həmçinin ürək-damar sistemini qoruyurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti