Bakı. Trend:
Hacıqabul rayonunun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub. Hazırda keçid yol üzərindən rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində işlər davam edtirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Hacıqabul rayonunun 39 km uzunluğa malik Muğan–Qubalı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Pirsaatçay üzərində inşa edilən yeni körpüdə işlərin cari il ərzində yekunlaşdırılması planlaşdırılır.
Bununla da 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir avtomobil yolunun yenidən qurulması, həmçini yeni körpünün inşası ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.