...

Azərbaycanda yol qəzalarının sayı artıb

Cəmiyyət Materials 16 May 2022 12:07 (UTC +04:00)
Azərbaycanda yol qəzalarının sayı artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olub.

Trend-in məlumatına görə, onlardan 183-ü həlak olub, 373-ü isə yaralanıb. Hadisələrin 48,9 faizi gündüz, 35,0 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş vermiş, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 44,9 faiz artaraq 129 nəfər, yaralananların sayı isə 0,9 faiz azalaraq 335 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti