Bakı. Trend:
Azərbaycanda ölüm səviyyəsi azalıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, bu ilin birinci rübündə ölkədə 18723 ölüm halı qeydə alınıb.
Ötən i lin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 7,6-ya düşüb.
Eyni zamanda ilin əvvəlindən ölkə əhalisinin sayı 10812 nəfər və ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə 10167178 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınlar arasında cins nisbəti isə eyni olub.