...

Gənclər vətənlərini inkişaf etdirmək üçün daha çox çalışmalıdır - Aziz Sancardan çağırış

Cəmiyyət Materials 28 May 2022 15:37 (UTC +04:00)
Gənclər vətənlərini inkişaf etdirmək üçün daha çox çalışmalıdır - Aziz Sancardan çağırış
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gənclər vətənlərini inkişaf etdirmək üçün daha çox çalışmalıdır.

Trend xəbər verir ki, bunu bu gün "Teknofest" texnoloji festivalında çıxışında Nobel mükafatı laureatı Aziz Sancar bildirib.

"Vətən dedikdə həm Azərbaycanı, həm də Türkiyəni nəzərdə tuturam. Gənclərin vətənə olan sevgiləri daimi olmalıdır və onun inkişafı üçün əlindən gələni etməlidir. İşlər yolunda getmədikdə belə inadkarlıq edərək inandıqları işi davam etdirməlidir. Siz gəncləri elmə yönəldən, bu festivalı təşkil edənlərə təşəkkür edin. Bu festivala dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm",- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti